Deputat: “Ermənilər elə tərbiyəsiz toplumdur ki, çirkin niyyətlərini kənara qoymurlar...”

GÜNDƏM 12 yan 2022, 13:42
"Ermənistan ona himayədarlıq edənlərin, fətva verənlərin dəstəyini hiss etdikcə təxribatlar törətməyə davam edəcək. Hətta təkcə Azərbaycan-Ermənistan sərhədində deyil, ərazilərimizdə də təxribat törətməyə cəhd edə bilərlər. Təəssüf ki, bu gün Azərbaycan ərazisində erməni silahlı qruplaşmalarının müəyyən hissəsi qalmaqdadır. Separatçı cinayətkar qurum hələ də mövcuddur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan Ordusu hər bir təxribata cavab verir və qarşısını alır: "Ötən gün baş verən erməni təxribatı nəticəsində şəhid olan hərbçimizə də Allah rəhmət, ailəsinə səbir diləyirəm. Ermənistan tərəfi də bir neçə əsgər itirib və yaralılar var. Yəni, onlar düşünməlidirlər ki, bu cür davamiyyətlə onların sonu gələcək. Ermənistan təhriklərə getməməli, düşmənçilikdən əl çəkməlidir. Ermənilər o qədər tərbiyəsiz toplumdur ki, belə çirkin niyyətlərini kənara qoymurlar. Başlarının üzərində yenidən "dəmir yumruq" görmək istəyirlər. Başları tam əzilməyənə qədər təxribatlara davam edəcəklər. Həmişə xam xəyallarla yaşayırlar. Düşünürlər ki, Qazaxıstanda baş verən hadisələrə görə KTMT qüvvələri gəldisə, Ermənistana da gedə bilər. Yəni, müxtəlif təxribatlar nəticəsində Azərbaycan Ordusunun Ermənistan ərazisinə daxil olmasına çalışırlar. Guya belə olan halda, onlar şüvən salıb, KTMT-dən kömək istəyəcəklər. Lakin bu, heç vaxt baş tutmayacaq. Hətta Azərbaycan onların ərazisinə daxil olsa, bu hadisə baş verə bilməz, çünki bunu vadar edən məhz Ermənistandır. Nəzərə almaq lazımdır ki, sərhədlər tam müəyyənləşdirilməyib. Məsələlər həllini tapdıqdan sonra həmin ərazilərə də Azərbaycan nəzarət edəcək".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top