Ucar rayonunda 1993-cü il təvəllüdlü Aslan şəxsi münasibətlər zəminində Rövşəni bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 25-də Ucar rayon Lək kəndi ərazisində yerləşən “Şorcuma qəbristanlığı “adlanan ərazidə baş verib. Aslan orada həmkəndlisi Rövşən ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Aslan özündə olan bıçaqla Rövşənə xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Aslanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 25-də, saat 20 radələrində Ucar rayon Lək kənd sakini Vüsal adlı şəxsin işlətdiyi yeməkxanada yemək yeyib, spirtli içki olan araq içib: “Saat 21 radələrində yeməkxanadan çıxdım, evimizə getdim. Sonra həyətimizdəki atını mindim, kənd ərazisinə çıxdım. Kəndlərinin ərazisindəki Şorcuma qəbristanlığı adlanan yerə tərəf getdim. Yol gedə-gedə özümə məxsus olan mobil telefonla həmkəndlim və qonşum Müslümə zəng etdim, danışdım. Lakin həmin vaxt sərxoş olduğuma görə nə danışmağım yadımda qalmayıb”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 24 radələrində Müslüm ona zəng edib və oraya gəldiyini deyib: “Təxminən 10 dəqiqə sonra Müslüm özünə məxsus olan VAZ 21099 markalı avtomobillə həmin yerə gəldi, avtomobildən yerə düşdükdən sonra üstümə gələrək sinəmdən itələdi. Sonrao əlimdə olmuş şallağı gördü, maşına tərəf getdi, əlindəki ağacla üstümə gəldi. Həmin vaxt Müslümün əmisi Rövşən də avtomobildən yerə düşərək məni itələdi. Müslümə və Rövşənə getmələrini, sonra söhbət edəcəyimizi dedim. Hər ikisi də avtomobilə mindi, oradan gedəndə Rövşən məni söydü. Mənə köpək oğlu dedi. Atam təzə vəfat etdiyi üçün söz mənə pis təsir etdi. Ona görə də atı mindim, Müslümün avtomobilinin arxası ilə sürdüm. Yolda avtomobilin damına əlimdəki ağacla vurdum, avtomobili saxlatmaq məqsədilə atla avtomobilin qarşısını kəsdim. Müslüm və Rövşən avtomobildən yerə düşdü. Rövşənin əlində ağac olub. Rövşən əlindəki ağacla əvvəlcə başıma vurdu. Həmin vaxt da əlimdəki bıçaqla Rövşənin qarın nahiyəsindən qəsdən bir dəfə vurdum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rövşənin sözlərinə görə, aprelin 25-də, saat 23 radələrində öz yaşadığı evin həyətində su açan zaman qardaşının oğlu Müslümün özünə məxsus olan VAZ 21099 markalı avtomobillə həyətlərindən çıxmasını görüb: “Müslümdən hara getməsini soruşdum. Sonuncu həmkəndlilərimiz Aslan zəng edərək ona nalayiq sözlər işlətməsini və Xaləddinin fermasında gözlədiyini dedi. Müslümlə birlikdə Lək kəndi ərazisində olan Xaləddin adlı həmkəndlimizin fermasına getdik. Yolda Aslan mobil telefona zəng edərək Xaləddinin oğlu Xəyyamla mübahisə etməsini və Xəyyamın Müslümü söyməsini, Müslüm isə Xəyyam barəsində fikrini bildirmədiyini, Müslümün heç kim olduğunu deməklə telefonda Müslüm barəsində nalayiq sözlər işlədib. Xaləddinin fermasında olanda Aslan orada olmadı. Avtomobillə Lək kəndi ərazisində olan “Şorcuma qəbristanlığı” adlanan qəbristanlığın yanından keçdik, kəndə qayıdarkən Aslanı öz atı ilə qəbristanlığın yanında dayanmasını gördük. Müslüm Aslanın yanında avrtomobilini saxlayaraq avtomobildən yerə düşdü, Aslan tərəfə getdi. Aslanla Müslüm mübahisə etməyə başladı”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, bu zaman o da avtomobilin qapısını açaraq yerə düşüb: “Aslana Xəyyamla mübahisəsi olduğunu, bunun Müslümə heç bir aidiyyətinin olmadığını və Müslümə də avtomobili sürərək kəndə getməyimizi dedim. Müslüm və mən avtomobilə əyləşdik, kəndə tərəf gəlməyə başaladıq. Bu zaman Aslan atını minərək avtomobilin yanı ilə sürdü, əlindəki ağacla avtomobilin banına vuraraq avtomobili saxlatmağa çalışdı”.
Rövşən qeyd edib ki, bu zaman Müslüm avtomobili saxlayaraq avtomobildən yerə düşüb: “Mən də avtomobildən yerə düşdüm, sonra Aslan mənim tərəfə gəldi. Müslüm mənə ehtiyatlı olmağımı, Aslanın əlində bıçaq olduğunu dedi. Aslan əlindəki bıçaqla məni vurmaq üçün bıçağı mənə tərəf çəkərkən sol əlimi irəli verdim. Həmin vaxt sol əlimin dördüncü barmağını bıçaq kəsdi. Bundan sonra Müslüm yerdən ağac parçası götürərək Aslanın əlindəki bıçağı vuraraq yerə salmaq istədi. Aslan da Müsümə bıçaqla müqavimət göstərdi. Aslana yaxınlşaraq bıçağı sonuncudan almağa çalışdım. Həmin vaxt Aslan qarın nahiyəmdən iki dəfə bıçaqla vurdu. Sonra Aslanı yerə yıxaraq əlindəki bıçağı sonuncudan aldım. Ayağa duranda qarın nahiyəmdən qan axdığını və bədənimdə ağrı hiss etdiyini gördüm. Müslümə məxsus olan avtomobillə kəndə, oradan da Ucar rayon Mərkəzi Xəstəxanasına gəldik”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Aslan 4 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az