Saməddin Əsədov: “Azərspace-1” investisiyaların 80 %-ni çıxarıb”

İKT 11 yan 2022, 14:34
"Azərspace-1" peyki bu günə qədər qoyulan investisiyaların 80 %-ni çıxarıb.

Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Kosmik Agentliyinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov əlavə edib ki, peyk qarşıdakı 9 ildə də bu fəaliyyəti davam etdirəcək:

"İlk peykə 230 milyon ABŞ dolları investisiya yatırılmışdı. Peykin istifadə müddəti 17 ildir və onun artıq 8 ili geridə qalıb. Hələ qarşıdakı 9 ildə də bu peykin xidmətlərindən istifadə edəcəyik".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top