İlham Əliyev ötən il 7 dəfə xaricə səfər edib, 12 prezidentlə görüşüb

XARİCİ SİYASƏT 11 yan 2022, 09:35
Prezident İlham Əliyev ötən il 7 ölkəyə səfər edib, 12 prezident və 3 beynəlxalq təşkilat rəhbəri ilə görüşüb.

Demokrat.az xəbər verir ki, Azərbaycan lideri 2021-ci ildə 7 dəfə xaricə səfər edib.

Prezident İlham Əliyev Rusiyaya dörd, Türkiyə, Türkmənistan və Belçikaya bir dəfə səfər edib. Dövlət başçısı bu səfərlər zamanı 12 ölkənin prezidenti (Türkiyə, Pakistan, Rusiya, Qırğız Respublikası, Türkmənistan, İran, Qazaxıstan, Tacikistan, Ukrayna, Moldova, Fransa, Özbəkistan), 3 beynəlxalq təşkilatın rəhbəri (Türk Şurası, Aİ, NATO), 2 ölkənin baş naziri (Macarıstan və Ermənistan) ilə görüşüb.

Bu səfərlər və görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər dolğun, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top