"Qazaxıstanın yanındayıq"

GÜNDƏM 08 yan 2022, 20:02

"İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək".

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar media təmsilçiləri ilə görüşündə Qazaxıstandakı vəziyyətlə bağlı sualı cavablandırarkən bildirib.

"Dostumuz Qazaxıstanla tarixi mədəni əlaqələrimiz, hərbi və təhsil sahəsində əməkdaşlığımız da daxil olmaqla müsbət münasibətlərimiz var. Əməkdaşlığımız davam edir. Biz son hadisələri yaxından izləyirik. Qazaxıstan bizim mühüm müttəfiqimizdir. Qazaxıstanda sülh və əmin-amanlığın bərpası vacibdir. İnanırıq ki, Qazaxıstan, oradakı qardaşlarımız öz imkanları və qabiliyyətləri ilə bütün çətinliklərin öhdəsindən gələcək. Biz həmişə olduğu kimi bu gün də Qazaxıstanın yanındayıq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top