Politoloq: “Ermənistan Türk dövləti ərazisində qisas almağa çalışır”

GÜNDƏM 08 yan 2022, 15:00
“Xaricdən Qazaxıstana təhlükə olub-olmaması məsələsi yaxın gələcəkdə aydın olacaq. Qazaxıstan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMKT) sülhməramlı qüvvəsinin ölkəyə gətirilməsi ilə bağlı mövqeyini xarici qüvvələrin aqressiyası ilə əsaslandırır. Yəni, məhz bu təhlükəni hiss etdiyi üçün KTMT qüvvələrinə müraciət edib. Əslində, bu, qeyri-adi haldır, çünki KTMT qüvvələri, adətən, ərazi btövlüyünə təhlükə yarandıqda istifadə olunmalıdır. Qazaxıstan rəhbərliyi də belə bəyanatla çıxış edir və hesab edir ki, ölkəyə xaicdən təhlükə yaranıb”.

Bunu Pravda.az-a açıqlamasında sabiq diplomat, politoloq Fikrət Sadiqov deyib.

Deputat bildirib ki, Qazaxıstan hökuməti konkret olaraq hansı qüvvələrin dövlətə təhlükə yaratdığını deyə bilmir, dəqiq ad çəkmir: Bu, müəyyən qədər müəmmalıdır. Hesab edirəm ki, vəziyyətdən istifadə edən KTMT qüvvələri, xüsusilə də Rusiya Qazaxıstana dərhal müdaxilə etdi. Burada məni qıcıqlandıran 100 erməni əsgərinin KTMT sülhməramlısı kimi Qazaxıstana daxil olmasıdır. Qazaxıstan türkdilli dövlətdir və Türk dövlətləri təşkilatının yaradıcılarından biridir. Görünür, 44 günlük Vətən müharibəsindən sonra türkofobiyaya meyil artıb. Ona görə də ermənilər bunu böyük məmnuniyyət və həvəslə yerinə yetirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, KTMT qüvvələri Qazaxıstana dərhal müdaxilə edəcək və onlar ölkədə stabilliyin yaradılmasına nail olacaq. Bu, çox gülünc faktdır, çünki ermənilərin orada nə edəcəyi hələ ki məlum deyil. Ermənistan Vətən müharibəsində o qədər çox zərbə alıb ki, indi istənilən Türk dövləti ərazisində qisas almağa çalışır. Yaxın gələcəkdə Qazaxıstanda vəziyyəti bulandıranların hansı qüvvələr olduğunu ortaya qoyacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top