Nazarbayevin qardaşı oğlu saxlanılıb?

DÜNYA 07 yan 2022, 16:18
Nazarbayevin qardaşı oğlu Samat Abişin saxlanması ilə bağlı xəbər təkzib edilib.

Məlumatı yayan “orda.kz” saytı informasiyanı təkzib edib.

“Nazarbayevin qardaşı oğlu Samat Abişın saxlanması ilə bağlı məlumat verən mənbəmiz səhv edib, bu məlumat təsdiqini tapmayıb. Üzr istəyirik, biz fövqəladə vəziyyətdə işləyirik” - deyə, saytın təkzib məlumatında bildirilib.(yeniavaz.com)

X X X 

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda saxlanılıb.

Bu barədə məlumatı "Orda.kz" nəşri yayıb.

Bildirilir ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.(qafqazinfo.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top