Tələbə adı qazanmış qazi və şəhid ailəsi üzvlərinə ödənilən vəsaitin miqdarı məlum oldu

SOSİAL 04 yan 2022, 13:16
Ötən il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

Demokrat.az xəbər verir ki, bu istiqamətdə ümumilikdə 82 min manat xərclənib.

Belə ki, indiyədək 41 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat təsis edilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top