Azərbaycan postsovet məkanında əhali artımına görə öndə olan ölkələrdəndir

SOSİAL 03 yan 2022, 09:22
Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.

“Report”un xəbərinə görə, bu barədə Ukraynanın "Strana" qəzeti yazıb. Nəşr Dünya Bankının məlumatlarına istinadən qeyd edib ki, əhali artımı Azərbaycanda yüksəkdir (+ 40%).

Sovet İttifaqının dağılmasından sonra son 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.

Əhali artımı baxımından seçilən siyahıda ölkələr arasında yalnız Mərkəzi Asiyanın digər ölkələri də var: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %). Nəşr Qazaxıstanın (+14 %) da adını qeyd edib.

Ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top