Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

İNFRASTRUKTUR 01 yan 2022, 18:02
Sabah saat 12:00-dan axşam saatlarına qədər Bakının Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönləndiriləcək.

"Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - məlumatsa qeyd edilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top