Mehriban Əliyeva Yeni illə bağlı paylaşım etdi

GÜNDƏM 31 dek 2021, 22:40

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni illə bağlı paylaşım edib.

Birinci vitse-prezidentin instaqram hesabındakı paylaşımında deyilir:

"Əziz bacılar və qardaşlar!

Təbriklərinizə və xoş arzularınıza görə çox sağ olun! Biz də sizə ən səmimi təbriklərimizi çatdırırıq! Qoy üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Yeni ildə sizə möhkəm cansağlığı, arzularınızın çin olmasını, bol nur və sevgi diləyirik! Uca Tanrı ölkəmizi, xalqımızı və bizim dostlarımızı qorusun!

Sevgilərlə,

Sizin MEHRİBAN"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top