Ermənistanda koronavirusdan ölənlərin sayı açıqlandı

REGİON 31 dek 2021, 11:45
Ermənistanda son sutkada daha 104 nəfərdə COVID-19 aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 930-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 972-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 505 nəfərdir. İndiyədək 331 559 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 894 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top