Ceyhun Bayramov Azərbaycan xalqını təbrik etdi

XARİCİ SİYASƏT 31 dek 2021, 08:30
Xarici işlər naziri Ceyhun Bayramov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

Demokrat.az xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib.

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Yaşasın müstəqil, firavan, güclü Azərbaycan və Azərbaycan xalqı! Bayramınız Mübarək!” , - nazir qeyd edib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top