"Hörmətli deputatlar, o yaxşı jurnalistlərə şərait yaradan kimdir?"

MEDİA 30 dek 2021, 23:17

Bu gün Milli Məclisdə İTV-nin ünvanına səslənən ittihamlarla bağlı aparıcı Nigar Sabirqızı öz sosial şəbəkə hesabında fikirlərini bölüşüb.                 

Aparıcının paylaşımını təqdim edirik: 

"Təbii ki, kanal rəhbərliyi də, biz əməkdaşlar da tənqidə açığıq. Amma sifarişli yox, ədalətli tənqidə. Mən 2008-ci ildən İctimai Tv-də çalışıram. Üç Baş direktorla işləmişəm. İsmayıl Ömərov sözün həqiqi mənasında əsl peşəkar idi və biz gənclərə şans verirdi. Bu gün ölkənin ən sayılıb-seçilən aparıcıları məhz İTV-nin yetirməsidir. İTV məhz onun sayəsində böyük nüfuz qazanmışdı. Cəmil Quliyevin dövrünə toxunmaq belə istəmirəm. Çünki Arif Alışanovun sifarişi və diqtəsi ilə həmin dövrdə İTV nüfuzunu sonuna qədər itirdi. Balakişi Qasımov və komandası isə kanalı bataqlıqdan çıxardı. Çox tərifləməyəcəm, bilən bilir onsuz da. Bu gün bəzi deputatlar bildirib ki, İTV-dəki verilişlər yalnız yaxşı jurnalistlərin hesabınadır. Hörmətli deputatlar, o yaxşı jurnalistlərə şərait yaradan kimdir? İTV rəhbərliyi deyil? O yaxşı jurnalistlərin çoxu Cəmil Quliyevin də dövründə İTV-də idi. Niyə heç nə edə bilmirdi? Sizcə, niyə indi kanallar arasında azad meydan ancaq İTV-də var? Bir az ədalət hissiniz olsun. Bizim kanalın uğurunu həzm edə bilmədiyinizi anlayırıq, amma bunu elə edin ki, kənardan gülüş obyektinə çevrilməyəsiz. Bir də, televiziya cəmiyyətin güzgüsüdür və ona baxanda hər kəs özünü görür!!!".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top