“Bakcell” ermənilərin yaraladığı əməkdaşı ilə bağlı məlumat yaydı

SOSİAL 30 dek 2021, 12:37
"Ağdamda erməni silahlılarının atəşi nəticəsində yaralanan "Bakcell" MMC-nin əməkdaşının həyatı üçün təhlükə yoxdur".

Demokrat.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

"Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur. Hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır və əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub", - məlumatda qeyd edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top