Əməkdar jurnalist dünyasını dəyişdi

GÜNDƏM 27 dek 2021, 09:48
Əməkdar jurnalist, yazıçı-publisist Əhməd İsayev 81 yaşında dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, o, ötən gün Bakıda vəfat edib.

Ə.İsayevin ölümünə səbəb xroniki ürək çatışmazlığı olub.

Qeyd edək ki, Ə.İsayev Azərbaycan Jurnalistlər İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. “Qızıl qələm”, “Ustad” ali jurnalistika, “Həsən bəy Zərdabi” və “Araz” ali ədəbi mükafatlar laureatı olub. 2006-cı ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top