İmişlidə yeddi min abonentə qaz verilişi bərpa olundu

SOSİAL 24 dek 2021, 21:42
İmişlidə yeddi min abonentə qaz verilişi alternativ xətlə bərpa olunub.

Demokrat.az xəbər verir ki, İmişli şəhərində qaz xəttində baş verən qəzanın nəticələri aradan qaldırılır.

Artıq alternativ qaz xətti ilə 7 min abonentə qaz verilişi bərpa edilib. Gecə yarısına kimi 11 min abonentin qaz təchizatı tam bərpa olunacağı bildirilir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb.

Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.

Hal-hazırda sözü gedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top