Nazir son brifinqdəki çıxışından danışdı

SOSİAL 23 dek 2021, 23:21
Təhsil naziri Emin Əmrullayev son brifinqdən sonra məktəblərdə pul yığılması məsələsi ətrafında cəmiyyətdə yaranan müzakirələrə münasibət bildirib.

O, bu barədə İTV-yə müsahibəsində danışıb.

“Bu, çox mürəkkəb məsələdir. Mən son brifinqdə bu məsələyə toxundum. Çalışdım ki, bu barədə ictimai müzakirəyə başlayaq. Hazırda da bu müzakirə gedir.

Biz də izləyirik. Müxtəlif fikirlər səslənir. Fürsətdən istifadə edib səslənmiş fikirlərə fikir bildirən hamıya təşəkkür edirəm. Təəssüf ki, bəzən səsləndirilməyən fikirlər də səsləndirilir və onlara fikir bildirilir. Amma bu normaldır, gözləniləndir, həmişə belə olur”, - nazir qeyd edib.

O bildirib ki, bu məsələdə ümidsizliyə qapılmağa ehtiyac yoxdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top