Bakının 154 məktəbində elektron jurnal və gündəlik sistemi tətbiq olunur

SOSİAL 21 dekabr 2021, 22:28
Paytaxtın 154 məktəbində elektron jurnal və gündəlik sistemi tətbiq olunur.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumata görə, elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Həmçinin, “Elektron jurnal və gündəlik sistemi” platformasının istifadəsi ilə əlaqədar 16 210 pedaqoji və 505 inzibati-idarəetmə heyəti üçün təlimlər təşkil olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top