Şəmkirdə maşın dərəyə aşıb, xəsarət alanlar var

HADİSƏ 18 dek 2021, 20:47
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonda "Qırmızı Körpü" adlanan yerdə qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardın briqadası və DYP əməkdaşları cəlb olunub./apa

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top