52 yaşlı qadın sirkə turşusundan zəhərləndi

SOSİAL 17 dekabr 2021, 21:53
Gəncə şəhərində qadın sirkə turşusundan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1969-cu il təvəllüdlü A.İbrahimova yaşadığı evdə sirkə turşusundan zəhərlənib.

O, Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top