Bakıda dalaşan şəxsləri ayıran gənc oğlan bıçaqlandı

KRİMİNAL 17 dek 2021, 08:43
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Seyfullayev Rauf Abdulakim oğlu dalaşan bir neçə nəfəri ayırmaq istəyərkən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top