Emin Ağalarov bu xanıma “Sea Breeze”də mənzil bağışladı

ŞOU-BİZNES 16 dek 2021, 13:29
Xalq artisti, iş adamı Emin Ağalarov bu yaxınlarda sosial şəbəkələrdə bir nəfərə mənzil bağışlayacağı barədə açıqlama ilə çıxış etmişdi.

Vədinə sadiq qalan Ağalarov dekabrın 10-da Moskvada "Crocus City Hall"da "Reputasiya" biznes-forumu keçirib.

Buna uyğun olaraq istənilən iştirakçı Xəzər sahilində 50 kv.m sahəsi olan mülkün sahibi ola bilərdi. Diqqətəlayiq hal ondan ibarətdir ki, aksiyanın iştirakçıları "Onlayn" yolla bilet alan şəxslər də ola bilərdilər. O cümlədən hər hansı bir kateqoriyanı satın alan və Rusiyanın paytaxtında foruma gələn hər kəs bu evə sahib ola bilərdi.

Aksiyanın qalibi Zümrüd Quliyeva adlı xanım olub. O, "Sea Breeze Resort" ərazisində yerləşən "White Hotel"də mənzil sahibi olub.

"Mən hələ də mənzili udduğuma inanmıram. Bu, mənim arzum idi", - deyə Zümrüd Quliyeva Emin Ağalarovla təəssüratlarını bölüşüb.

Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top