Mahaçqala-Bakı birbaşa aviareysi açılacaq

GÜNDƏM 15 dek 2021, 22:40
2022-ci il yanvarın 1-dən Mahaçqala ilə Bakı arasında birbaşa aviareysin açılması planlaşdırılır.

 Mahaçqala hava limanının mətbuat xidmətinin rəhbəri Sapura Maqomedova TASS-a bildirib ki, uçuşlar şənbə günləri planlaşdırılır.

"2022-ci il yanvarın 1-dən S7 aviaşirkəti Mahaçqala hava limanından Bakıya reyslər açacaq. Uçuşlar şənbə günləri planlaşdırılır", - deyə Maqomedova bildirib.
Onun sözlərinə görə, uçuşlar 176 sərnişin tutumlu Boeing 737-800 təyyarələrində həyata keçiriləcək.

“Uçuş cədvəli belədir: Mahaçqala hava limanından Moskva vaxtı ilə saat 16:00-da uçuş, Bakıya eniş yerli vaxtla saat 18:00 olacaq. Bakıdan uçuş yerli vaxtla saat 18:55-də, Mahaçqala hava limanına enişMoskva vaxtı ilə saat 19:00-da olacaq”, - deyə mətbuat katibi əlavə edib. 

Maqomedovanın sözlərinə görə, Azərbaycana gələn bir yaşından yuxarı bütün sərnişinlər Bakıya uçuşa ən geci 72 saat qalmış COVID-19 (PCR) testinin mənfi nəticəsi olan çap olunmuş formada tibbi arayış və peyvənd sertifikatı (QR) təqdim etməlidirlər. /qafqazinfo
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top