Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alanlar var

HADİSƏ 14 dek 2021, 23:10

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakl-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1962-ci il təvəllüdlü Abbasova Yeganə Üzeyir qızı və 1995-ci il təvəllüdlü Abbaszadə Toğrul Arzu oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top