Bu obyektlərdə pozuntular aşkarlandı

SOSİAL 14 dek 2021, 21:23

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 13-də ölkə üzrə 389 ictimai iaşə obyektində 682 monitorinq keçirilib.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Qaradağ‎ rayonu, Lökbatan qəs., 28 May küç., ev 23 ünvanında yerləşən, fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus kafe;

2. Bakı Şəhəri, Sabunçu‎ rayonu, Mahir Əzimov küç., ev 26 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Elmira Cəlal qızına məxsus kafe;

3. Abşeron rayonu, Əliağa Vahid küç., m.239 ünvanında yerləşən, fiziki şəxs Ağayev Əsgər Əlisəfa oğluna məxsus "Ülkər Lahmacun" kafesi;

4. Göyçay rayonu, Səməd Vurğun küçəsində yerləşən, fiziki şəxs Zamanov Rafiq Gülməmməd oğluna məxsus kafe.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top