Bu il Azərbaycanda 211 uşaq ürəyindən əməliyyat olub

SOSİAL 13 dek 2021, 11:45
Bu il yanvar-noyabr ayları ərzində icbari tibbi sığorta çərçivəsində 211 uşaq üzərində kardiocərrahi əməliyyat icra olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyatlar agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində həyata keçirilib.

Əməliyyat olunan şəxslər arasında 2-3 aylıq körpələr də olub.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top