Deputat: “Zəfər paradı bütün gələcək nəsillər üçün rəmzi məna və tarixi əhəmiyyətə malikdir”

GÜNDƏM 10 dek 2021, 17:49
“Ötən il Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu “dəmir yumruq” əməliyyatını həyata keçirərək, Azərbaycanın möhtəşəm zəfərini təmin etdi”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Deputat qeyd edib ki, Zəfər paradı Azərbaycan Ordusunun və dövlətinin gücünün göstəricisi idi: 

“44 günlük Vətən müharibəsində biz qalib olaraq, torpaqlarımızı işğaldan azad etdik. Bu, təntənin ən gözəl, ən parlaq nümunələrindən biri idi. Şübhəsiz, ötən ilki Qələbə paradı dosta güvən, qürur, düşmənə isə zillət və kədər bəxş etdi. Bu Qələbə paradı həm də dünyaya bir mesaj idi. Bu paradla işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. Bugünki tarix Azərbaycanın  Zəfər tarixinin ən şanlı səhifələrindən biri kimi qəbul edilməkdədir. Hər bir azərbaycanlı kimi mən də bu Zəfər paradının keçirilməsindən çox möhtəşəm hisslər yaşadım və bu gün də, o hissləri yaşayıram. Qeyd edim ki, Zəfər paradı bütün gələcək nəsillər üçün rəmzi məna və tarixi əhəmiyyətə malik bir parad idi”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top