Ərini döyən arvadın cəzası nədir? —​ Hüquqşünas

SOSİAL 07 dek 2021, 23:46
Ailə-məişət zorakılığı dedikdə əsasən ağıla qadınların həyat yoldaşları tərəfındən fiziki şiddətə məruz qalmaları gəlir. Bəzən əksinə də ola bilirmiş. Ailədə öz xanımı tərəfindən zorakılığa məruz qalan və bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edənlərin də sayı az deyil.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, son 9 ayda Dövlət Komitəsinin “860 qaynar xətti”nə ümumən 369 müraciət daxil olub. Onların 81 nəfəri kişidir.

Müraciətlərin doğruluğu öz əksini tapsa, qadınlara hansı cəzalar verilər bilər?

Zorakılıq zəmnində qadın və kişiyə eyni cəza verilir?

Yenisabah.az-a açıqlamasında hüquqşünas Kamran Tağıyev məsələyə aydınlıq gətirib:

“Kişi və qadın qanun qarşısında bərabərdir. Zorakılıq hadisələrində qadınlar üçün yüngülləşdirici hal ola bilər. Lakin istənilən halda məsuliyyətdən azad olunmurlar.

Məsələn, kişi qadına bıçaq zərbələri endirir və azadlıqdan məhrum olunur. Qadın eyni cinayəti törətsə, azadlıqdan məhrum olma cəzası verilir, lakin onun qadın olması bəzi hallarda nəzərə alınır və bu, cəzaçəkmə rejimində əksini tapır. İstənilən halda, hər iki tərəf qanun qarşısında eyni məsuliyyəti daşıyır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top