Azərbaycandan çıxarılan qədim milli xalçalar Ukraynada tapıldı — VİDEO

MƏDƏNİYYƏT 07 dekabr 2021, 14:34
Azərbaycanın Quba, Şirvan, Qarabağ və Dərbənd bölgələrinə məxsus toxnma tarixinə görə 100-150 il əvvələ aid milli xalçalar Ukraynanın Vinnitsa şəhərində tapılıb.

Baku TV-nin Şərqi Avropa bürosu Vinnitsada bununla bağlı kolleksiya aşkar edərək reportaj hazırlayıb.

Belə ki, əslən azərbaycanlı Seymur Abuşov bu şəhərdə artıq bir neçə ildir ki, əsasən qədim Azərbaycan xalçaları olmaqla türkdilli ölkələrə məxsus tarixi xalçaları toplayaraq kolleksiya yaradıb. Kolleksiyada Almaniyadan, Fransadan, İrlandiyadan, Portuqaliyadan, ABŞ-dan, Kanadadan və digər bir sıra ölkələrdən tapılıb gətirilmiş tarixi Azərbaycan xalçaları var ki, onlar əsasən ötən əsrin əvvəli Çar Rusiyasında baş verən inqilablar zamanı, bir qismi isə I Qarabağ müharibəsi ərəfəsində ölkədən çıxarılıb.

Xalçaların arasında Qarabağdan aparılaraq Avropada ermənilərin öz adlarına çıxdıqları nümunələr də var ki, alınaraq milli mənsubiyyəti geri qaytarılıb və kolleksiyaya daxil edilib. Seymur Abuşovun qardaşı Teymur Abuşov isə Vinnitsada yerli Radanın (parlament) deputatıdır və qardaşlar ictimai işlərdə də fəaldırlar.

Ətraflı videomaterialda tanış ola bilərsiniz:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top