Aydın Mirzəzadə: “Ermənistanın təxribatlarına hazır olmalıyıq”

GÜNDƏM 07 dek 2021, 11:55
"Brüssel görüşündən öncə baş verən təxribatlar bir daha onu göstərir ki,  Ermənistan hələ də özünün fantastik xülyalarından əl çəkməyib”. 

Bunu Demokrat.az-a açıqlmasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, anoloji hərəkətləri davam etdirəcəkləri təqdirdə, Ermənistan tezliklə Azərbaycan ordusu tərəfindən qətiyyətli cavab alacaq: 

“Azərbaycan torpaqlarının Ermənistana məxsus olması kimi saxta iddialar hələ də erməni cəmiyyətinin əsas hissəsində, ilk növbədə hakim dairələrinin düşüncəsində kök salmaqda davam edir. Təbii ki, 200 illik yalanı onlar beyinlərindən asanlıqla silə bilməzlər. 44 günlük müharibədə sarsıdıcı zərbələr almalarına baxmayaraq, hələ də Ermənistan beynəlxalq hüquqdan kənar hərəkət etməyə üstünlük verir. Ermənilər anlamalıdır ki, bu təxribatlar ilk növbədə onların özlərinə böyük ziyan vurur.

A.Mirzəzadə bildirib ki, Ermənistan ilk növbədə belə təxribat hərəkətlərinin nəyə gətirib çıxaracağının fərqində olmalıdır: “Reallıq budur ki, biz hər zaman Ermənistan tərəfdən hansısa təxribatlara hazır olmalıyıq. Müharibə bitib, amma hələ də erməni cəmiyyəti tam ayılmayıb. Onun içərisində revanşist qüvvələr var, Şuşanı, Kəlbəcəri qaytarmaq niyyətində olanlar var. Ona görə də, Azərbaycan daim hər şeyə hazır olmalıdır. Təbii ki, bu cür təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaq. Bu da Ermənistanı düşündürməlidir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top