Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk test yaradılıb

DÜNYA 06 dek 2021, 23:21
Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk COVID testi hazırlanıb.

PCR testi “Bio Acumen Global” əczaçılıq şirkəti tərəfindən yaradılıb.

Test dəsti istifadə zamanı üç nəticədən birini verə bilər: COVID-19 üçün müsbət və “Omikron” üçün müsbət, COVID-19 üçün müsbət və “Omikron” üçün mənfi və ya COVID-19 üçün mənfi və “Omikron” üçün mənfi.

Qeyd edək ki, yeni test quru dondurulmuş şəkildə satılır. Bir paketdə 40 fərdi test dəsti var. Onlar otaq temperaturunda bir ilə qədər saxlanıla bilər./oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top