Tbilisidə “COVID” pasportlarına qarşı etiraz aksiyası

REGİON 05 dek 2021, 21:15
Gürcüstanda minlərlə vətəndaş paytaxt Tbilisinin mərkəzi prospektləri ilə yürüş edərək COVID pasportları sisteminin tətbiqinə etiraz ediblər.

Etirazçılar yeni sistemin tətbiqini “diskriminasiya və peyvəndə məcbur etmə” hesab etdiklərini bildiriblər. Onlar hakimiyyətin koronavirus pasportlarını ləğv etməsinədək etirazları davam etdirəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Gürcüstanda “yaşıl pasportlar” dekabrın 1-dən fəaliyyətə başlayıb. İndi ictimai yerlərə, restoranlara, əyləncə və ticarət mərkəzlərinə yalnız QR kodla daxil olmaq mümkündür. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top