30 noyabr şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək — Nazir açıqladı

GÜNDƏM 03 dek 2021, 21:24
Noyabrın 30-da helikopter qəzasında həlak olan və yaralanan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Şəhid statusu üçün nəzərdə tutulan bütün ödənişlər – müavinət, kompensasiya, pensiya, təqaüdlər onlara da ödəniləcək. Mənzil, avtomobil təminatı həyata keçiriləcək.  

Eyni zamanda, bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq. Artıq nazirliyin Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə işlərə başlayıb.

Bu ailələrin sənədlərinin toplanmasına başlanılıb”, - nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top