Azərbaycanlı din xadimi İraq şiələrinin yeni lideri ola bilər

GÜNDƏM 03 dek 2021, 12:37
Miliyyətcə azərbaycanlı din xadimi İraq şiələrinin yeni lideri ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin dini “Yeni akit” nəşri yayıb.

Sözügedən şəxs 72 yaşlı Məhəmməd Bəkir əl-İrəvanidir.

İraqın Nəcəf şəhərində dini lider Məhəmməd Səid al-Hakimin dünyasını dəyişməsi, həmçinin şiələrin hazırki lideri Əli Sistaninin 91 yaşında olması isə dini hərəkata kimin rəhbərlik edəcəyi məsələsini müzakirə mövzusuna çevirib.

Azərbaycanlı Məhəmməd Bəkir əl-İrəvani İraq şiələrinin yeni lideri vəzifəsinə ən mümkün namizəd hesab olunur.

Əl-İrəvaninin ailəsi Nəcəfdə çox məşhur və nüfuzlu ailə hesab olunur. Azərbaycanlı ailə İrəvan şəhərinin 1820-ci ildə rusların əlinə keçməsindən sonra Nəcəf şəhərinə köçüb.

Məhəmməd Bəkir əl-İrəvani Azərbaycan dilini və Türkiyə türkcəsini bilir və Nəcəfdə vaxtaşırı bu dillərdə mərsiyələr oxuyur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top