İcra hakimiyyətinin vəzifəli şəxsi qəzaya düşdü

HADİSƏ 28 noy 2021, 00:09
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

“Demokrat.az”
ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1988-ci il təvəllüdlü Murov Həsənov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Murov Həsənovun getdiyi avtomobil taksi olub.

Qeyd edək ki Murov Həsənov Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidir. 

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top