Bakıda “bərkgedən” məmur yol polisinin üstünə “protiv” sürdü — VİDEO

HADİSƏ 27 noy 2021, 17:58
Bakıda qaydaları kobud şəkildə pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. 

10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində birtərəfli hərəkət təşkil edilmiş yolun əksi istiqamətində hərəkət edib. O, axına qarşı gedərək qarşıdan gələn 99-YP-512 qeydiyyat nişanlı YPX avtomobilinin üzərinə sürüb. Bundan sonra sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq oradan sağa dönüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Çingiz Qədimova məxsusdur. O, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) idarə heyətinin sədrinin müavini və həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top