Rus jurnalistdən sensasion açıqlama: Ermənilər Xankəndini təhvil verməyə hazır idilər

QARABAĞ 25 noy 2021, 13:26
Ötən ilin noyabrında, Azərbaycan ordusunun Şuşanı azad edərək 44 günlük müharibədə zəfər əldə etməsindən və regiona Rusiya sülhməramlılarının daxil olmasından əvvəl Xankəndində cəmi 7 nəfər qalıbmış.

Demokrat.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Reportaj “rusların ənənəvi olaraq Qafqazda xristianları xilas etməsi” tezisi üzərində qurulub. Müharibədən əvvəl 60 min nəfərin yaşadığı deyilən Xankəndində ötən ilin noyabrında cəmi 7 nəfərin qaldığını isə rusiyalı jurnalistə özünü “artsax xarici işlər naziri” adlandıran David Babayan danışıb. Rusiyalı müxbir yazıda qeyd edib ki, ermənilər Şuşa əldən gedəndən sonra Xankəndini də təhvil verməyə hazır olublar. Onun dediyinə görə, həmin 7 nəfər qondarma “prezident” Araik Arutyunyandan və mühafizəçilərindən, bir də Babayanın özündən ibarət idi…

image-9

2020-ci il, noyabrın 8-i, səhər saatları. Araik Arutyunyan bir gün əvvəl Azərbaycan ordusunun işğalçılardan tam təmizlədiyi Şuşaya boylanarkən…(alp.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top