“Mən doğrudan da yanlışlığa yol vermişəm”— Deputat

SOSİAL 24 noyabr 2021, 00:17
“Büdcə layihəsi müzakirə olunarkən başqa nələri müzakirə etməyin mümkünlüyünə diqqət etmədim. Bir müxalifət lideri bütün deputatları aşağıladı. Guya hər biri 200-300 minlik avtomobil istəyir. Səhv məlumat verməklə deputatlara nifrət aşıladı. Hesab edirəm ki, cəzamız verilib, hörmətli cənab sədr. Xahiş edirəm, üzrxahılığımı qəbul edin”.
  
Moderator.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında deyib. Deputat Milli Məclisin işçiləri üçün mənzil tikintisi təklifinin düzgün olmadığını etiraf edib: “Məni deputatlar da, sosial şəbəkələrin fəalları də haqlı olaraq qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Xalqımdan da üzr istəyirəm”.
 
Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.
 
Qeyd edək ki, noyabrın 17-də keçirilən iclasında deputat parlamentin avtoparkının yenilənməsini, Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top