Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına 500 manat maddi yardım verildi

DAXİLİ SİYASƏT 23 noy 2021, 11:40
“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat pul verilib”.

Demokrat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclisin sürücülərinə kurslar təşkil edilib: “Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir”.

T.Kərimli qanunverici orqanın ötən dəfəki iclasında çıxışına görə spiker Sahibə Qafarovadan üzr istəyib.

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatları cəmiyyətə verməsin.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top