Bakıda bayram axşamı qonşular arasında qanlı dava — Təfərrüat

KRİMİNAL 23 noy 2021, 10:35
Bakıda 1967-ci il təvəllüdlü İlqar şəxsi münasibətlər zəminində Nadirə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlqar 22 fevral 2021-ci ildə, saat 22 radələrində yaşadığı evin dəhlizində həmin ünvanda yaşayan qonşusu Nadirin taxtaların az yaşlı oğlu tərəfindən götürülməsinə irad bildirməsi səbəbindən aralarında münaqişə baş verib. 

Mübahisə zamanı İlqar Nadiri küt alət və əl ayağı ilə vuraraq, ona  sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirib.
 
Daha sonra Nadirin ona nalayiq ifadələr işlətməsinə əsəbləşərək qisas almaq məqsədilə yaşadığı mənzilin dəhlizində ayaqqabı rəfinin üzərindən götürdüyü bıçaqla ona zərbələr vurub.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifaqdə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, fevralın 22-də evə gələn zaman yolda qonşu Nadir onun mobil nömrəsinə zəng edib: “Lakin telefonunun cərəyanı bitdiyindən  Nadirlə danışa bilmədim. Sonra təxminən saat 22 radələrində işdən evə getdim. Arvadıma bildirdim ki, yolda olarkən qonşu Nadir onun mobil nömrəsinə zəng edib. Bu zaman arvadım mənə dedi ki, bu gün saat təxminən 20 radələrində blokdan uşaqların səsi gəlməsi üçün oğlu evdən bloka çıxıb, lakin bir neçə dəqiqədən sonra geri qayıdıb və anasına bildirib ki, həyətdə olan uşaqlar qonşu Nadirə məxsus taxtaları qarşıdan gəlməli Novruz bayramı münasibəti ilə tonqal qalamaq üçün götürmək istəyib, Nadir onlara taxtaları götürməməyi deyib, iradını bildirib. Arvadım oğlum Rəhmana heç nə deməyib, Nadirdən uzaq durmasını xahiş edib. Həmin gün Amınanın ad günündən bir gün əvvəl olduğundan ad gününü qeyd etmək üçün hazırlıq işləri gedirdi. Bundan sonra mobil telefonunu cərəyana qoşdum, bu zaman Nadir yenə də mənə zəng etdi. Nadir oğlum Rəhmanın uşaqları yığaraq blokdan taxtaları götürməyə cəhd etməsini deyərək, məni nalayiq söyüşlərlə söyməyə başladı. Sonra Nadir telefonu söndürərək mənzilimizin giriş qapısını döyməyə başladı. Arvadım qapını açmamağını desə də, uzun müddətdir ki, Nadiri tanıdığımı və qapını açacağımı dedim, qapını açdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, qapını açdıqda Nadir gözlənilmədən əlində olan yumru dəmir parçasına bənzətdiyi küt alətlə onun baş nahiyyəsindən vurub: “Giriş qapısnın qarşısında blokda yerə yıxılan zaman arvadım yanımda olduğundan onu tutdum. Bundan sonra Nadir əlində olan yumru dəmir parçasına bənzətdiyim küt alətlə, əli və ayağı ilə nalayiq söyüşlər söyə-söyə baş və bədənimin müxtəlif yerlərindən zərbələr yetirməyə başladı. Həmin zaman açıq-aydın görünürdü ki, Nadir spirtli içki qəbul etmiş vəziyyətdədir. Arvadım bunu gördükdə yanımızda dayanmış iki az yaşlı övladımızı mənzilin içərisinə apardı. Nadir məni döyməyə davam etdi. Arvadı mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi, bu barədə məlumat verərək, polis əməkdaşlarının hadisə yerinə göndərilməsini xahiş etdi. Nadirin məni öz ailəmin gözü önündə, yəni arvadım və iki az yaşlı övladlarımın yanında döyərək xəsarətlər yetirməsi, bununla kifayətlənməyərək döyərkən də mənə və ailəmə qarşı nalayiq söyüşlər söyməsi çox pis təsir etdi. Ümüdsüz və çarəsiz utanc verici vəziyyətə düşdü. Buna görə də ayaqqabı rəfinin üzərində olan mətbəx bıçağını götürərək Nadiri sakitləşdirmək üçün onu bıçaqla vurdum. Lakin Nadir məndən fiziki olaraq güclü olduğundan əlimdən bıçağı aldı və sol budumdan həmin bıçaqla vurdu. Nadir məni vurarkən huşumu itirərək yerə yıxıldım, uzanqılı vəziyyətdə qaldım”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nadirin sözlərinə görə, fevralın 22-də evdə olan mebelləri, eləcədə qapı, pəncələrləri düzəltmək və dəyişmək üçün söküb, taxtalarını yaşadığı mənzilin qarşısına bloka yığıb: “Həmin vaxt saat təxminən 20 radələrində evdə iş görən zaman blokdan səslər eşitdim. Çölə çıxdıqda qonşum İlqarın oğlu və onun yanında uşaqları gördüm. Onlar mənə məxsus mebellərin və qapı pəncərələrin taxtalarını “çərşəmbə” üçün yığaraq yandırmaq üçün aparmaq istədiklərini dedilər. İlqarın oğlu Rəhmana və uşaqlara acıqlandım, nəyə görə icazəsiz nəyisə götürdüklərini dedim. Rəhman və onun yanında olan uşaqlar mənə heç nə demədilər, getdilər. Mən də öz yaşadığım mənzilə daxil oldum, işlərimi görməyə davam etdim”.

Zərərçəkmişin sözlərinə görə, saat təxminən 22 radələrində yaşadığı evin qapısı döyülüb: “Qapını açan zaman İlqar əlindəki bıçaqla sol yan nahiyəmdən vurdu. Buna baxmayaraq həmin bıçaq mənə batmadı. Bu zaman İlqar bıçağı bir dəfə də sol yanımdan vurdu və bıçaqdan tutdum, bıçağı bədənimdən çıxartdım. Həmin vaxt İlqar artıq mənim evinin içərisində olub və bıçaq mənə batdığından qanım yerə tökülüb. İlqar həmin bıçağı yenə də mənə vurmaq istədi. Lakin bıçağı əlim ilə tutdum ki, İlqar sakitləşsin. Həmin vaxt əllərim də əsirdi. İlqar əlimi sağa və sola doğru itələyirdi və bu zaman ağrıdan ayağım ilə itələdim, bıçağı onun əlindən aldım. İlqarı evimdən bloka çıxartdım və qonşu Vitalik bloka çıxdı”. 

Nadirin sözlərinə görə, İlqarı vurmayıb və İlqara heç bir xəsarət yetirməyib: “Bu barədə İlqarın ifadəsində göstərdikləri yalandır və həqiqiətə uyğun deyil. Hadisədən əvvəl İlqarın şəxs işlətdiyi mobil telefon nömrəsinə zəng etmişəm. İlqara zəng etmə səbəbim isə blokun içərisində mənə məxsus taxtaların oğlu Rəhmanın qarışdırdığı üçün yığışdırmağını xahiş etməyim olub”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb. 

İlqar 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top