Deputat: “Pensiya yaşı azaldılmalıdır”

GÜNDƏM 22 noy 2021, 12:14
"Statistika nə deyirsə desin, Azərbaycanda yaş ortalaması çox deyil, əksər adam 70 ildən çox yaşaya bilmir. Ona görə də pensiya yaşı, fikrimcə, azaldılmalıdır. Xüsusilə də qadınlar üzrə pensiya yaşının azaldılmasına ehtiyac var".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, gənclərə işləmək üçün şərait yaradılmalıdır: "Bu, o deməkdir ki, ölkədə pensiya yaşı azaldılmalıdır. Hədəf qruplarının təxminən 50 faizi bu imkandan yararlana bilmir. Ona görə də həm gənclərə iş imkanı yaratmaq, həm də pensiya yaşına çatanların imkandan yararlanmasına şərait yaratmaq lazımdır. Təbii ki, bu, hazırda da pensiya yaşı olmasına baxmayaraq, əmək fəaliyyətinin qanunla məhdudlaşdırılmadığı vətəndaşlara şamil edilmir".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top