Koronavirusa qarşı yeni dərman tapıldı

SOSİAL 21 noy 2021, 22:15

Böyük Britaniyadan olan mütəxəssislər koronavirusa qarşı yeni dərman tapıblar.

Ölümcül təhlükəli xəstəliyə qarşı mübarizədə bitki mənşəli thapsigargin dərmanı kömək edə bilər.

Ölümcül bir xəstəliyə qarşı mübarizədə bitki mənşəli thapsigargin kömək edə bilər.

Tədqiqatçıların sözlərinə görə, preparat COVID-19 törədicisinin üç variantına, o cümlədən hazırda geniş yayılmış “delta” ştammına qarşı təsirli olub.

Qeyd olunur ki, thapsigargin preparatının mənbəyi Thapsia gargantea bitkisidir.

Vasitə şişlərə və müxtəlif patogenlərə qarşı mübarizədə istifadə olunur.

Bundan əvvəl Britaniya və Çin alimləri artıq belə qənaətə gəliblər ki,  thapsigargin insan orqanizmində SARS-CoV-2-nin çoxalmasını dayandırmağa qadirdir.

Yeni təcrübə göstərib ki, preparat patogenlərin tam məhvinə qədər "alfa", "beta" və "delta" variantlarına qarşı effektivlik nümayiş etdirir.

Mütəxəssislərin sözlərinə görə, preparatın xüsusiyyəti "Anadangəlmə immun cavabın" işə salınması imkanıdır.
Mümkündür ki, thapsigargin həm COVID-19, həm də qripdən sağalma prosesini sürətləndirəcək.

Mütəxəssislər dərmanın həm koronavirus infeksiyasının müalicəsində, həm də qarşısının alınmasında geniş istifadə ediləcəyini etiraf edirlər./lent.az

DİGƏR XƏBƏRLƏR

Top