Neçə nəfərə vaksin vuruldu?

SOSİAL 21 noy 2021, 16:47

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 256 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 509, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 325, buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 422 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 434, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 050 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 524 841, buster doza üzrə vaksinasiya olunanların sayı isə 716 991 təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top