DİN: Zəlzələ zamanı dağıntı, insan tələfatı qeydə alınmayıb

HADİSƏ 20 noy 2021, 20:58
Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) "Report"a bildirilib ki, təbii hadisə itkisiz ötüşüb.

"Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb", - DİN-dən bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top