“Qarakənd faciəsində şəhid olan insanların əksəriyyəti mənim dostlarım idi. Onlardan ən yaxını dövlət katibi Tofiq İsmayılov idi. Biz onunla həm də eloğlu idik. Məhəmməd Əsədov, İsmət Qayıbov dostum, Alı Mustafayev tələbəm idi. Bu hadisədə mənim üçün şübhəli məqamlar var. Çünki orda axı bir neçə rus generalı da ölüb. İndi deyirlər ki, rus generallarını ordan qaçırıblar, onların meyitlərinin orda olub-olmaması bəlli olmadı. Elə cəsarət edə bilməzdilər ki, rus generallarının olduğu helikopteri vursunlar. Amma işin ən yaxşısını Allah və bir də ki, bu işi icra edənlər bilir. Əminəm ki, Qarakənd faciəsinin də üstü açılacaq”. Demokrat.azbildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, helikopterin dəmir qalıqlarını və fotolarını şəxsən gördüyünü bildirib: “Qarakəndə vurulan “Mi-8” helikopterinin bir neçə dəmir parçalarını mənim evimə gətirmişdilər. Çünki Xalq Cəbhəsinin binası evimin yaxınlığındaydı və onu ekspertizaya təqdim edən adamlardan biri yaxınım idi. O dəmir parçalarının üstündə güllə yerləri var idi. O adam dedi ki, biz helikopterin bu qalıqlarını təxminən 70-100 metr dairədən yığmışıq. Məlum olur ki, burda yerdə atışma da olub. Yanan meyitləri isə sonradan yandırıblar. Əkspert də bunu sübut etmişdi. Çünki meyitlərin bir neçəsi helikopter düşən yerdən 50-60 metr kənarda qaçan yerdə vurulmuşdu. Həmin meyitlərin fotolarını görmüşdüm. 
“Qarakənddə vurulan “Mi-8” helikopterinin bir neçə parçasını mənim evimə gətirmişdilər” — Xalq artisti

