Bu il Abşeronda qeydə alınan cinayət faktlarının sayı açıqlandı

KRİMİNAL 20 noy 2021, 17:10
Bu ilin 10 ayı ərzində Abşeron rayon ərazisində nə qədər narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığı məlum olub.

Demokrat.az xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Abşeron Rayon Polis İdarəsi tərəfindən 22 kiloqram 031 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bundan başqa, yaş çəkisi 62 kiloqram olan 217 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmçinin 3-ü əməliyyat yolu ilə olmaqla 4 ədəd odlu silah aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda cinayətkarlığın vəziyyətinə dair 1 328 fakt qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz aşağıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top