Rəşad Mahmudovdan vaksinlərlə bağlı AÇIQLAMA

GÜNDƏM 20 noy 2021, 14:21
“Bəzən deyirlər üçüncü doza nəyə lazımdır ki? Vaksinlər orqanizmi infeksion xəstəliklərə yoluxmaqdan müdafiə edir”.

Demokrat.az xəbər verir ki, bu sözləri tibb üzrə elmlər doktoru, deputat Rəşad Mahmudov Bakıda keçirilən “COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, 100 illərdir xəstəliklərin qarşısını almaq üçün mövcud olan peyvəndlər var:

“Bu peyvəndlər istifadə edilir. Ümumi olaraq standartlar peyvəndlərin orqanizmdə yaratdığı anticisimlərin 2 ay davam etməsini, effektivliyinin isə ən azı 50 faizdən çox olmasını tələb edir. Bizim isə ölkədə istifadə edilən vaksinlərin təsiri 6 ay müddətində davam edir. Vaksinasiya prosesində istifadə edilən vaksinlərin effektivliyinin isə 95 faiz olması sübuta yetirilib. Bu gün koronavirusla mübarizə çərçivəsində ölkədə görülən işlər öz nəticəsini verir”. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top