Bakıda kirayə evlərin qiyməti neçə olub?

SOSİAL 20 noy 2021, 00:03

Bakıda oktyabr ayında kirayə mənzillərin qiyməti 9,81 faiz ucuzlaşıb.

Bunu "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.

Ötən ay kirayə mənzillərin orta qiyməti 417 manat, bahalı kirayə mənzilərin orta qiyməti isə 1473 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin kirayəsində də ucuzlaşma müşahidə edilib. Belə ki, ötən ay fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri 1,91 faiz ucuzlaşıb. Ucuz kirayə evlərin orta qiyməti 307 manat, bahalı kirayə evlərin orta qiyməti isə 3351 manat təşkil edib./trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top