Avropa çempionatı: Şahmat millimiz liderlə qarşılaşacaq

İDMAN 19 noy 2021, 13:55
Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının VII turunda kişi və qadın millilərimizin növbəti rəqibləri müəyyənləşib.

Demokrat.az xəbər verir ki, kişi millimiz bu gün Niderland millisi ilə qarşılaşacaq.

Hər iki komandanın 9 xalı olsa da, əlavə əmsallara görə yığmamız ikinci, Niderland isə altıncıdır.

Qadın yığmamız isə lider Rusiya ilə oynayacaq. Komandamız 9 xalla üçüncüdürsə, şimal qonşularımız 12 xalla vahid liderdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top